figure

{{data.serviceIframe.ButtonTextAz}}

XİDMƏT

SI Luxury World şirkəti 1995-ci ildə təsis olunduğu vaxtdan saat və zinət əşyaları sahəsində ekspert adını qazana bilib. Biz servis xidmətinə və satışı həyata keçirtdikdən sonra müəyyən suallarla müraciət edən hər bir müştəriyə xüsusi diqqət ayırırıq.

SI Luxury World Azərbaycanda saat servis xidmətinin əsasını qoyan ilk şirkətdir. Avadanlıqların keyfiyyəti və mütəxəssislərin peşəkarlığı baxımından ən yüksək İsveçrə standartlarına cavab verən servis xidmətinin baş mütəxəssisi əvvəllər Les Ambassadeurs (İsveçrənin nüfuzlu saat riteyleri) şirkətində çalışmış isveçrəli peşəkardır. O, Vacheron Constantin, Patek Philippe, Piaget, Breitling, Bovet və de Grisogono kimi şirkətlərdə təlim keçib.

Bizə müraciət edən müştərilərin saatlarını maksimal operativliklə təmir etmək üçün əlimizdən gələn hər yardımı göstəririk. Lazım gələrsə, çətin təmir və mürəkkəb mexanizmə malik saatların problemlərinin aradan qaldırılması üçün həmin cihazlar istehsalçıya göndəriləcək. 

Saatlar və onların necə işləməsi barədə öyrənmək istəyirsinizsə, bu düyməni vurun.