figure

Vebsaytın istifadə şərtləri

Xahiş olunur ki, veb saytdan istifadə etməzdən əvvəl bu şərtləri diqqətlə oxuyasınız. Bizim saytdan istifadə etməklə, siz burada verilmiş istifadə şərtlərini qəbul etdiyinizi və onlara əməl edəcəyinizə dair razılaşdığınızı bildirirsiniz. Əgər istifadə şərtlərini qəbul etmirsinizsə, o zaman bizim saytdan istifadə etməyin. 

Verilmiş məlumatlara əsaslanmaq və cavabdehlikdən imtina

Bizim saytda yer alan materiallar ancaq ümumi məlumat məqsədilə təqdim edilir və hüquqi və ya peşəkar məsləhət saylmır. Bu məlumatlara arxalanaraq hərəkət etməniz gərəkmir.

Bizim saytda yer alan məlumatlara çıxış və ya bunlara əsaslanmaq nəticəsində  meydana gələ biləcək hər hansı itkilərə görə biz cavabdehlik qəbul etmirik. İngiltərə qanunları ilə yol verilən həddə olmaqla, biz tərəfimizdən yol verilən bilərəkdən və ya ciddi səhlənkarlıq hərəkətləri istisna olmaqla, birbaşa və ya dolayı şəkildə bu saytın istifadəsi ilə əlaqədar olan bütün itkilərə və ya zərərlərə görə məsuliyyəti istisna edirik.

Haqqımızda

SI LUXURY WORLD - SI LUXURY WORLD ("Biz") şirkəti tərəfindən tətbiq edilən saytdır. Biz Azərbaycanda qeydiyyatdan keçmiş ŞİRKƏTİK. Qeydiyyatdan keçmiş ofisimizin ünvanı: AZ 1065, İzmir küçəsi 1033, Hyatt Tower 2.

Saytagiriş

Sayta giriş icazəsi müvəqqəti əsasla verilir və biz öz saytımızda təqdim etdiyimiz xidmətləri xəbərdarlıq etmədən geri çağırmaq və ya dəyişmək hüququna malikik (bax, aşağıda). Saytımız hər hansı səbəbdən və ya müəyyən bir myüddətdə işləmədikdə, biz buna görə məsuliyyət daşımayacağıq. 

Əqlimülkiyyət hüquqları

Biz saytımıza və orada yer alan materiallara dair əqli mülkiyyət hüquqlarının sahibi və lisenziyaçısıyıq. Həmin işlər bütün dünyada müəllif hüquqları ilə qorunur. Bu hüquqlar mühafizə olunur.

Siz bizim saytımızın hər hansı səhifəsinin(səhifələrinin) bir nüsxəsini çap edə, çıxarışlarını yükləyə bilərsiniz. Həmçinin, siz müəssisənizdəki başqa şəxslərin də diqqətini bizim saytda yer alan məlumatlara yönəldə bilərsiniz. 

 Siz çap etdiyiniz və ya yüklədiyiniz hər hansı materialın kağız və ya rəqəmsal nüsxələrində dəyişiklik etməməlisiniz. Həmçinin, siz hər hansı rəsmi, fotoşəkli, video materialı və ya audio materialı, yaxud da sxemi onu müşaiyət edən mətndən ayrıca olaraq istifadə etməməlisiniz.

Bizim (və müəyyən edilmiş tərəfdaşların) saytımızda yer alan materiallara dair müəllif statusumuz hər zaman tanınmalıdır.

Siz bizdən və ya bizim lisenziya verəndən lisenziya almadan, saytımızda yer alan materialların hər hansı hissəsini kommersiya məqsədləri üçün istifadə etməməlisiniz.

Əgər bizim saytımızın hər hansı bir hissəsini bu şərtlərə zidd olaraq çap etsəniz, surətini köçürsəniz, ya da yükləsəniz, o zaman bizim saytdan istifadə hüququnuza dərhal xitam veriləcək və siz bizim seçimizə əsasən, həmin materialların sizdə olan nüsxələrini geri  qaytaracaq və ya məhv edəcəksiniz.

Bizim saytımız müntəzəm olaraq dəyişir

Biz saytımızı müntəzəm şəkildə yeniləmək istəyirik və saytımızın məzmununda istənilən vaxt dəyişiklik edilə bilər. Ehtiyac yaranarsa, biz saytımıza girişi dayandıra və ya bağlaya bilərik. Saytımızda yer alan materiallardan hər hansı biri istənilən vaxt köhnələ bilər və biz bu materialı yeniləmək üçün öhdəlik daşımırıq.

Bizim məsuliyyətimiz 

Saytımızda yer alan materiallar heç bir zəmanət, şərt və ya təminat olmadan təqdim edilir. Qanunla yol verilən həddə olmaqla, biz və bizimlə əlaqəli olan hər hansı üçüncü tərəf bununla aşağıdakıları istisna edirik:

Qanuna, ictimai hüquqa və ya ədalət hüququna əsasən tətbiq edilə biləcək hər hansı şərtlər, zəmanətlər və sair tələblər.

Bizim saytla və ya onunla əlaqəli olan hər hansı veb saytla, eləcə də saytda yer alan materiallarla, yaxud da bunların istifadəsi, istifadə oluna bilməməsi, və ya istifadəsinin nəticələri ilə əlaqədar olaraq, hər hansı istifadəçinin məruz qaldığı istənilən birbaşa və ya dolayı zərərlərə və ya itkilərə görə məsuliyyət, o cümlədən, ancaq bununla məhdudlanmadan, aşağıdakılara görə məsuliyyət:

gəlir və ya mənffəət itkisi;

biznes itkisi;

mənfəətin və ya müqavilənin əldən çıxması;

gözlənilən əmanətlərin əldən çıxması;

məlumat itkisi;

nüfuzun itirilməsi;

iş vaxtının boşa sərf olunması; və

hər hansı digər zərər və ya itkiyə görə məsuliyyət (ancaq qanun pozuntusu (o cümlədən, səhlənkarlıq), müqavilənin pozulması və s. kimi hallardan irəli gələn), bir şərtlə ki, bu şərt sizin maddi əmlakınıza dəyən ziyana və ya itkiyə görə, yaxud da yuxarıdakı kateqoriyalarda istisna olunmayan birbaşa maliyyə itkisinə görə yaranan iddiaların  qarşısını almır.

Bu, bizim səhlənkarlığımız nəticəsində meydana gələn ölüm və ya bədən xəsarəti kimi hallara, yaxud da bilərəkdən saxtalaşdırma hərəkətlərinə görə məsuliyyətimizə, ya da tətbiq olunan qanuna əsasən istisna olunmayan və ya məhdudlaşdırılmayan hər hansı digər məsuliyyətə təsir göstərmir.

Sizin haqqınızda və bizim saytımıza giriş haqda məlumatlar

Biz sizə aid məlumatlarla məxfilik siyasətimizə uyğun şəkildə davranırıq [SAYTINMƏXFİLİKSİYASƏTİNƏDAİRLİNKİQEYDEDİN]. Bizim saytdan istifadə etməklə, siz öz məlumatlarınızın bizim tərəfimizdən işlənəcəyinə dair razılaşırsınız və zəmanət verirsiniz ki, təqdim etdiyiniz bütün məlumatlar dəqiqdir.

Viruslar, hakerəməllərivəsairpozuntular

Siz bizim sayta bilərəkdən viruslar, troyanlar, məntiqi bombalar və ya texnoloji baxımdan zərərli olan digər materiallar daxil edərək saytdan sui-istifadə etməməlisiniz. Siz bizim saytımıza, saytımızın saxlanıldığı serverə və ya bizim sayta qoşulmuş hər hansı serverə, kompüterə və ya məlumat bazasına icazəsiz daxil olmağa cəhd etməməlisiniz. Siz bizim sayta normal istifadəni pozmaq məqsədilə hücum etməməliiniz.

Bu bəndi pozmaqla, siz 1990-cı il Kompüterlərin Sui-istifadəsi Aktına əsasən, cinayət əməli törətmiş olacaqsınız. Biz bu kimi pozuntu hallarına dair müvafiq hüquq-mühafizə orqanlarına məlumat verəcək və sizin kimliyinizə dair onlara açıqlama verəcəyik. Bu kimi pozuntu halları baş verərsə, sizin saytımızdan istifadə etmək hüqunuz dərhal dayandırılacaq.

Biz saytımızın sizin tərəfinizdən istifadə olunması və ya saytımızda, yaxud da onunla əlaqəli olan başqa bir saytda yer alan hər hansı materialların sizin tərəfinizdən yüklənilməsi ilə əlaqədar olaraq, saytın normal istifadəsini pozmaq məqsədilə edilən hücumlar, viruslar, yaxud da kompüterinizə, kompüter proqramlarınıza, məlumatlarınıza, ya da məxfi məlumatlarınıza ziyan vura biləcək, texnoloji baxımdan zərərli olan digər materiallar səbəbilə meydana gələn hər hansı itkiyə və ya ziyana görə məsuliyyət daşımayacağıq.

Bizim saytın linkləri 

Bizim saytda digər saytlara və üçüncü tərəflərin resurslarına dair verilən linklər ancaq məlumat məqsədi daşıyır. Biz həmin saytların və ya resursların məzmununa nəzarət etmirik və onlara görə, yaxud da onların sizin tərəfinizdən istifadə olunması ilə əlaqədar meydana gələn itki və ya zərərə görə heç bir cavabdehlik qəbul etmirik. Bizim veb sayta daxil olarkən istifadə şərtlərini vəç məxfilik siyasətini oxumanızı məsləhət görürük ki, uyğunluq təmin edilsin və sizə aid məlumatların necə istifadə olunacağını biləsiniz. 

Məhkəmə hüququ və tətbiq edilən  qanun

Azərbaycan məhkəmələri bizim sayta girişlə əlaqədar meydana gələn hər hansı iddialar üzərində qeyri-eksklüziv məhkəmə hüququna malik olacaqlar. 

Burada verilən istifadə şərtləri və bunlarla, yaxud da bunların məzmunu və ya formalaşması ilə əlaqədar meydana gələn hər hansı mübahisə və ya iddia (qeyri-müqavilə mübahisələri və ya iddiaları daxil olmaqla) İngiltərə və Uels qanunları ilə tənzimlənəcək və şərh olunacaq.

Ticari markalar

SI LUXURY WORLD – Sİ LTD şirkətinin AZƏRBAYCANDA qeydiyyatdan keçmiş ticari markasıdır.

Dəyişikliklər

Biz bu səhifəni dəyişərək istifadə şərtlərində istənilən vaxt dəyişiklik edə bilərik. Siz vaxtaşırı olaraq bu səhifəni nəzərdən keçirməlisiniz ki, hər hansı dəyişikliyin edilib-edilmədiyini müəyyənləşdirəsiniz. Burada yer alan müddəalardan bəziləri bizim saytda dərc olunmuş müddəalar və ya bildirişlərlə əvəzlənə bilər.

Sizi narahat edən məsələlər

Əgər bizim sayda yer alan hər hansı bir materialla əlaqədar sizi narahat edən məsələ varsa, info@siluxuryworld.com ünvanına müraciət edin.

Saytımıza daxil olduğunuz üçün sizə təşəkkür edirik.