figure

MƏXFİLİK SİYASƏTİ

SI Luxury World şirkəti bilir ki, sizə aid olan məlumatların hansı şəkildə istifadə edildiyini bilmək sizin üçün vacibdir və buna görə də, şirkət əldə etdiyi bu kimi məlumatlara ehtiyatla yanaşır. Bu məxfilik siyasətində bizə təqdim olunan məlumatların təhlükəsiz və məxfi saxlanılması, eləcə də nəzərdə tutulan müvafiq məqsədlər üçün istifadə edilməsi ilə əlaqədar görüləcək tədbirlər təsvir olunur.

ŞƏXSİ MƏLUMATLAR

Sizdən aldığımız yeganə şəxsi məlumatlar ancaq bizimlə veb saytda əlaqə yaradarkən təqdim etdiyiniz şəxsi məlumatlardan ibarətdir. Sizin istəyinizə əsasən, biz istənilən vaxt sizə aid məlumaatların surətini təqdim edə bilərik. Bu veb saytda hər hans məlumatların toplanılması üçün kuki-fayllardan istifadə olunmur.

Şəxsi məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

  • Sizin tələbinizə əsasən, sizə məlumat vermək və ya xidmət göstərmək.
  • SI Luxury World şirkətinin sizin üçün maraqlı ola biləcək ximətlərinə dair məlumat vermək
  • Daxili yoxlama.
  • Veb saytda yer alan məlumatları təkmilləşdirmək.
  • Veb saytın məzmununun və/və ya yerləşmə planının hər bir istifadəçiyə uyğunlaşdırılması
  • Veb saytda baş verən yeniləmələr barədə istifadəçilərə məlumat vermək.
  • İstifadəçilər və onların istəkləri barədə statistik məlumatlar tərtib etmək və açıqlamaq.

Ancaq, bu statistik məlumatlar anonimdir və istifadəçilərin kimliyini müəyyən etmir.

AÇIQLAMA

Sizin icazəniz olmadan şəxsi məlumatlarınız üçüncü şəxslərə açıqlanmayacaq.

ROLEX BÖLMƏSİ

ROLEX.COM veb səhifəsinə girişiniz və istifadəniz aşağıdakı şərtlərə və tətbiq olunan bütün qanunlara tabedir. Veb səhifəsinə daxil olaraq və ona baxaraq, bu İstifadə Şərtləri Müqaviləsini heç bir məhdudiyyət və icazə olmadan qəbul edirsiniz.

MARKETINQ və REKLAM

SI Luxury World şirkətinin veb saytında heç bir reklam və ya tanıtım xarakterli təkliflər yer almayacaq, həmçinin marketinq və ya reklam məqsədləri üçün sizə aid şəxsi məlumatlar SI Luxury World şirkəti tərəfindən üçüncü tərəflərə verilməyəcək, satılmayacaq və ya başqa formada paylaşılmayacaq.

MƏLUMATLARIN QORUNMASI

Biz öz nəzarətimizdə olan məlumatların icazəsiz giriş, səhv istifadə, dəyişiklik, qanunsuz və ya təsadüfi korlanma və ya itmə kimi hallara qarşı qorunması üçün texnoloji vasitələrdən, təhlükəsiz strategiyalarından və digər tədbirlərdən istifadə edirik. Biz həmçinin sizin məlumatlarınızı qorumaq üçün bütün əməkdaşlarımızdan və bu məlumatlara çıxışı olan başqa şəxslərdən sizin məxfiliyinizə hörmətlə yanaşmalarını xahiş edirik.

MƏXFİLİK SİYASƏTİNDƏ DƏYİŞİKLİKLƏR

Biz Məxfilik Siyasətində dəyişiklik etmək qərarına gəlsək, bu barədə məlumat yerləşdirəcəyin, ancaq sizin şəxsi məlumatlarınızın istifadəsində dəyişiklik etmək üçün əvvəlcədən sizdən icazə alacağıq.